FİDE Rusiya Şahmat Federasiyasının (RCF) üzvlüyünü dayandırıb.
Ucnoqta.az xəbər verir ki, Beynəlxalq Şahmat Federasiyası (FIDE) Rusiya Şahmat Federasiyasına (RCF) təşkilatdakı üzvlüyünün ən azı növbəti Baş Assambleyaya qədər dayandırılması barədə məlumat yayıb.
9 may tarixində FİDE RCF-yə İdman Arbitraj Məhkəməsinin (CAS) 11 mart 2026-cı il tarixli qərarının icrası üçün görülən tədbirlər barədə hesabat vermək üçün sorğu göndərib. CAS qərarına əsasən, RCF 90 gün ərzində Donetsk, Luqansk, Zaporojye və Xerson vilayətlərində, eləcə də Krımda bütün fəaliyyətlərini dayandırmalıdır.
Rusiya şahmatçılarına siyasi vəziyyətə görə 2022-ci ildən bəri beynəlxalq yarışlarda iştirak etmək qadağan edilib.