Bakıda avtomobil ilə motosiklet toqquşub: ölən var

09:54 - 11 İyun 2026 - HADİSƏ

Bakıda avtomobil ilə motosikletin toqquşması ölümlə nəticələnib.

Ucnoqta.az xəbər verir ki, hadisə Xəzər rayonunda qeydə alınıb.

Belə ki, 1985-ci il təvəllüdlü Rafiz Qurbanovun idarə etdiyi “Qazel” markalı yük avtomobili hərəkətdə olarkən 2008-ci il təvəllüdlü Mirzə Məhəmmədin idarə etdiyi “Tufan” markalı motosikletlə toqquşub.

Qəza nəticəsində motosikletin sürücüsü, 2008-ci il təvəllüdlü Mirzə Məhəmməd hadisə yerində həyatını itirib. Motosikletin sərnişini, 2009-cu il təvəllüdlü Nihat Məmmədov isə müxtəlif dərəcəli xəsarətlər alıb.

Faktla bağlı araşdırma aparılır, cinayət işi başlanılıb.

Xəbər xətti