ABŞ prezidenti Donald Trampın ikinci müddətində Avropa ilə ABŞ arasındakı münasibətlər xeyli mürəkkəbləşib və idarə olunması çətinləşib.
Ucnoqta.az xəbər evrir ki, Bloomberg-in məlumatına görə, bu fikri NATO-nun keçmiş baş katibi (2014-2024) Yens Stoltenberq bildirib.
"İndi vəziyyət daha da mürəkkəbləşib; Avropa ilə Şimali Amerika, o cümlədən ABŞ arasındakı münasibətlərdə gərginlik artıb və idarə olunması daha da çətinləşib. Mən hələ də inanıram ki, bu gün baş katibin və NATO-nun özünün vəzifəsi Şimali Amerika və Avropanın birliyini qorumaqdır. Lakin dözə biləcəyimiz şeylərin həddi var" - Stoltenberq vurğulayıb.
O, xüsusilə ABŞ administrasiyasının Qrenlandiya ilə bağlı açıqlamalarından bəhs edib.
"Mən NATO müttəfiqləri ilə tamamilə razıyam ki, onlar deyirlər ki, məsələn, başqa bir ölkəni, Qrenlandiyanı, Danimarkanı təhdid etmək cəhdləri qəbuledilməzdir", Stoltenberq deyib.