Ermənistanın KTMT-dən çıxması siyasi məsələdir - Baş katib

14:03 - 3 İyun 2026 - DÜNYA

Ermənistanın KTMT-dən çıxması məsələsi siyasi məsələdir.

Ucnoqta.az xəbər verir ki, bunu KTMT-nin Baş katibi Taalatbek Masadıkov bildirib. Baş katib qeyd edib ki, KTMT Ermənistanı təşkilatın tamhüquqlu üzvü hesab etməyə davam edir.

Taalatbek Masadıkovun sözlərinə görə, Ermənistanın KTMT-dən çıxması məsələsi Təşkilata üzv dövlətlərin Müdafiə Nazirləri Şurasının iclasında müzakirə olunmayıb və siyasi məsələdir.
"Ermənistanın KTMT-dən çıxması ilə bağlı qərarı ölkə rəhbərliyi və ya xalqı verməlidir".

Xəbər xətti