Ağdaşda maşın ağaca çırpıldı - sərnişin öldü

09:35 - 3 İyun 2026 - HADİSƏ

Ağdaş rayonunda ölümlə nəticələnən avtomobil qəzası olub.

Ucnoqta.az xəbər verir ki, rayon mərkəzində Əlirza Lətifovun idarə etdiyi "VAZ-2106" markalı avtomobil ağaca çırpılıb. Nəticədə nəqliyyat vasitəsində olan sərnişin, 37 yaşlı Elgün Həsənov hadisə yerində ölüb. Digər sərnişin, 41 yaşlı Ramil Həsənov xəsarət alıb.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.

Xəbər xətti