Polşa müdafiə naziri Vladislav Kosiniak-Kamış ABŞ və bir neçə Avropa ölkəsi arasında Nüvə Paylaşımı proqramının genişləndirilməsi ilə bağlı NATO səviyyəsində danışıqları təsdiqləyib.
Ucnoqta.az xəbər verir ki, nazir TVP Info televiziya kanalında aparıcının mövzu ilə bağlı sualını cavablandırarkən bildirib.
"Əlbəttə ki, NATO səviyyəsində danışıqlar davam edir. 18 iyunda Brüsseldəki qərargahda müdafiə nazirlərinin görüşü keçiriləcək və gündəmdəki mövzulardan biri nüvə çəkindirici potensialı olacaq", deyə o, vurğulayıb.
"Artıq bu barədə danışmaq istəmirəm, çünki bu, çox həssas bir mövzudur. Bu barədə hər hansı bir açıqlama verilərsə, onlar yalnız qəti olacaq və NATO səviyyəsində olacaq, fərziyyələr olmayacaq", o əlavə edib.