Ermənistanın KTMT-dən çıxması məsələsi siyasi məsələdir.
Ucnoqta.az xəbər verir ki, bunu KTMT-nin Baş katibi Taalatbek Masadıkov bildirib. Baş katib qeyd edib ki, KTMT Ermənistanı təşkilatın tamhüquqlu üzvü hesab etməyə davam edir.
Taalatbek Masadıkovun sözlərinə görə, Ermənistanın KTMT-dən çıxması məsələsi Təşkilata üzv dövlətlərin Müdafiə Nazirləri Şurasının iclasında müzakirə olunmayıb və siyasi məsələdir.
"Ermənistanın KTMT-dən çıxması ilə bağlı qərarı ölkə rəhbərliyi və ya xalqı verməlidir".