İsrail və Livan arasında sülh danışıqlarının beşinci raundu çərşənbə günü ABŞ-da keçiriləcək.
Ucnoqta.az xəbər verir ki, bu barədə Dövlət Departamentinin sözçüsünün müavini Tommi Piqot bildirib.
O, qeyd edib ki, 2 mayda ABŞ-da keçirilən dördüncü raundda tərəflər hərtərəfli həll yolunda irəliləyiş əldə edə biliblər.
"Son 20 ilin çətinliklərini dəf edirik və Livanın suverenliyini bərpa etməyə və İsrailin təhlükəsizliyini təmin etməyə yönəlmiş hərtərəfli razılaşmaya doğru irəliləyirik" -Piqot X-də yazıb.