Ağdaş rayonunda ölümlə nəticələnən avtomobil qəzası olub.
Ucnoqta.az xəbər verir ki, rayon mərkəzində Əlirza Lətifovun idarə etdiyi "VAZ-2106" markalı avtomobil ağaca çırpılıb. Nəticədə nəqliyyat vasitəsində olan sərnişin, 37 yaşlı Elgün Həsənov hadisə yerində ölüb. Digər sərnişin, 41 yaşlı Ramil Həsənov xəsarət alıb.
DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.