Gəncədə iki avtomobil toqquşdu: Xəsarət alanlar var

21:53 - 2 İyun 2026 - HADİSƏ

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.

Ucnoqta.az xəbər verir ki, hadisə şəhərin "Yeni Gəncə" yaşayış massivi ərazisində qeydə alınıb.

Belə ki, hərəkətdə olan iki avtomobil toqquşub. Qəza zamanı bir neçə nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib.

Hadisə yerinə DYP əməkdaşları cəlb edilib. Faktla bağlı araşdırma aparılır.///APA

Xəbər xətti