Hindistan və ABŞ hökumətləri mühüm minerallar sahəsində əməkdaşlıq haqqında saziş imzalayıblar.
Ucnoqta.az xarici mətbuata istinadən xəbər verir ki, imza mərasimi ABŞ Dövlət Katibi Marko Rubio və Hindistan Xarici İşlər Naziri Subrahmanyam Cayşankarın iştirakı ilə Yeni Dehlidə baş tutub.
Cayşankar Hindistan və ABŞ arasında mühüm mineralların və nadir torpaq elementlərinin, o cümlədən onların hasilatı və emalı sahəsində təhlükəsizliyin təmin edilməsinə yönəlmiş ikitərəfli çərçivə sazişi imzaladığını qeyd edib.
O, bildirib ki,bu çərçivə sazişi, hasilat, emal, istifadə və əlaqəli investisiyalar da daxil olmaqla, mühüm minerallar və nadir torpaq elementləri təchizat zənciri üzrə əməkdaşlığımızı dərinləşdirmək üçün nəzərdə tutulub.