Son 24 saat ərzində Hörmüz boğazından 32 gəmi keçib

00:00 - 26 May 2026 - DÜNYA

Son 24 saat ərzində İranın icazəsi ilə Hörmüz boğazından otuz iki xarici gəmi keçib.

Ucnoqta.az xəbər verir ki, bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpusu (İİKK, silahlı qüvvələrin elit bölməsi) məlumat verib.

Press TV-nin istinad etdiyi açıqlamaya görə, beş supertanker də daxil olmaqla 32 xarici gəmi Hörmüz boğazından təhlükəsiz şəkildə keçib.

Əvvəlki gün İİKK Hərbi Dəniz Qüvvələri 33 gəmiyə Hörmüz boğazından keçməyə icazə verdiyini bildirib.

Xəbər xətti