Ucnoqta.az
www.ucnoqta.az

Məşhur futbolçu karyerasını bitirdi

12:07 - 22 May 2026 tarixində dərc olunub.

2021-ci ildə "Çelsi" ilə Çempionlar Liqasını qazanan ispan müdafiəçi Sezar Aspilikueta cari mövsümün sonunda karyerasını bidirib.

Ucnoqta.az xəbər verir ki, o, bu barədə Facebook səhifəsində yazıb.

"Əziz futbol, ​​bu gün sizinlə bölüşmək istəyirəm ki, bu mövsüm peşəkar futbolçu kimi son mövsümüm olacaq. Uzun illərdən sonra həyatımda yeni bir fəslə başlamağın vaxtı gəldiyini hiss edirəm. Hər an üçün minnətdaram: qələbələr, çətin məğlubiyyətlər, çətinliklər və ən əsası, tanış olduğum insanlar və yol boyu qurduğum dostluqlar. Hər an mənim üçün çox şey ifadə edirdi", - Aspilikueta yazıb.

Aspilikueta 36 yaşı var və 2025-ci ildən bəri "Sevilya"da oynayır.

Müəllif: Ucnoqta.az redaksiyası