Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) heç kimə təhlükə yaratmır və heç bir dövlətə və ya təşkilata qarşı çıxmaq məqsədi daşımır.
Ucnoqta.az xəbər verir ki, bu barədə KTMT-nin baş katibi Taatbek Masadıkov bildirib.
"KTMT müdafiə ittifaqıdır. Heç kimə təhlükə yaratmır. Başqa heç bir təşkilata və ya ölkəyə qarşı çıxmaq məqsədi daşımır. Strateji məqsədimiz tərəfdaşlıq və beynəlxalq hüququn hamılıqla qəbul edilmiş norma və prinsiplərinə əsaslanan səyləri birləşdirməklə kollektiv təhlükəsizliyi təmin etməkdir", - deyə o, Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatında (ATƏT) "Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı: Birlikdə Beynəlxalq Sülhü və Sabitliyi Möhkəmləndirmək" mövzusunda keçirilən beynəlxalq dəyirmi masa müzakirəsində çıxış edərkən bildirib.
Masadıkov qeyd edib ki, KTMT daxilində regiondankənar güclər və müvafiq olaraq, regiondankənar maraqlar yoxdur.