Hindistanda güclü qasırğa bir kişini təxminən 50 metr havaya qaldırıb.
Ucnoqta.az xəbər verir ki, Uttar Pradeş ştatının şimalında inanılmaz dərəcədə dramatik bir hadisə baş verib. Fırtına zamanı yerli bir kişi dəmir anbara yapışaraq yerdə qalmağa çalışıb, lakin güclü külək onu və tikilini göyə qaldırıb. Hindistanlı kişi möcüzəvi şəkildə yıxılmadan sağ çıxıb. O, ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Hindistanda artıq 100-dən çox insan şiddətli külək, yıxılan ağaclar, uçmuş binalar və ildırım nəticəsində ölüb. Xilasedicilər hazırda zərər çəkmiş ərazilərdə işləyirlər.