"Real Madrid" azarkeşləri fransız hücumçusu Kilian Mbappenin Madrid klubundan getməsini tələb edən bir petisiya hazırlayıblar.
Ucnoqta.az xəbər verir ki, indiyə qədər 1,3 milyondan çox imza toplanıb.
"Real Madrid" azarkeşləri, səslərini çıxarın! Dəyişikliyin zəruri olduğunu düşünürsünüzsə, susmayin - bu petisiyanı imzalayın və klub və onun gələcəyi üçün ən yaxşı hesab etdiyiniz şeyin müdafiəsini aparın", - petisiyada deyilir.
Bir gün əvvəl jurnalist Fransua Qallardo Mbappenin anası, eyni zamanda onun agenti olan Fayza Lamarinin komanda yoldaşı Vinisius Juniorun gedişini tələb edən "Real Madrid" prezidenti Florentino Peresə ultimatum verməyi planlaşdırdığını bildirmişdi. Qeyd olunub ki, Mbappe "Vinisius və digər Madrid oyunçuları tərəfindən xəyanətə uğradığını hiss edir".