Ağ Evin yaxınlığında atışma baş verib və ən azı bir nəfər yaralanıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə ABŞ Gizli Xidmətinin sözçüsü Entoni Quqlielminin paylaşımında bildirilib.
Onun sözlərinə görə, Ağ Evin yaxınlığındakı 15-ci küçə ilə Müstəqillik prospektinin kəsişməsində hüquq-mühafizə orqanlarının iştirakı ilə baş verən atışma yerində Gizli Xidmət agentləri var.
Quqlielmi qeyd edib ki, hüquq-mühafizə orqanlarının əməkdaşlarının açdığı atəş nəticəsində bir nəfər yaralanıb; onun vəziyyəti məlum deyil.