BƏƏ sahillərində tankerə atəş açılıb

06:37 - 4 May 2026 - DÜNYA

BƏƏ sahillərindəki Hörmüz boğazında tanker naməlum mərmilərlə vurulub.

Ucnoqta.az xəbər verir ki, bu barədə Kral Dəniz Qüvvələrinin Dəniz Ticarət Əməliyyatları Mərkəzi (UKMTO) məlumat verib.

Bildirilib ki, UKMTO Birləşmiş Ərəb Əmirliklərinin Fujayra şəhərindən 78 dəniz mili şimalda baş verən hadisə barədə məlumat alıb. Qeyd olunur ki, tanker mənşəyi məlum olmayan mərmilərlə vurulub.

Ekipaj təhlükəsizdir və hadisənin ətraf mühitə heç bir təsiri yoxdur.

Xəbər xətti