Rahim Hüseynov TƏBİB-in icraçı direktoruna müavin təyin edildi

10:12 - 1 May 2026 - Xəbər

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) icraçı direktoruna Hüseynov Rahim Mahir oğlu müavin olaraq təyin edilib.

Ucnoqta.az xəbər verir ki, bu barədə TƏBİB-dən məlumat verilib.

R.Hüseynov idarəetmə və menecment sahəsi üzrə ali təhsil almış, Azərbaycan Dövlət Neft və Sənaye Universitetində menecment ixtisası üzrə magistratura təhsilini fərqlənmə diplomu ilə başa vurmuş, eyni zamanda Türkiyədə İstanbul Dövlət Universitetində Beynəlxalq İdarəetmə (MBA) proqramını tamamlamışdır.

Əmək fəaliyyətinə 2011-ci ildə başlayan Rahim Hüseynov 10 ilə yaxın müddətdə özəl sektorda müxtəlif rəhbər vəzifələrdə çalışaraq idarəetmə və biznes proseslərinin təşkili sahəsində geniş təcrübə qazanmışdır.

2021–2025-ci illərdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində Daxili nəzarət, audit, monitorinq və təhlil departamentinin rəhbəri vəzifəsində fəaliyyət göstərmişdir.

2025-ci ildən etibarən Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyəti sədrinin müavini vəzifəsində çalışıb.

O, 2024-cü ildən Azərbaycan Auditorlar Palatasının üzvüdür.

Xəbər xətti