Birləşmiş Ərəb Əmirlikləri vətəndaşlarının İran, İraq və Livana səyahət etməsini qadağan edib.
Ucnoqta.az xəbər verir ki, müvafiq açıqlama BƏƏ Xarici İşlər Nazirliyinin rəsmi saytında dərc edilib.
"Regionda baş verən son hadisələr fonunda BƏƏ Xarici İşlər Nazirliyi BƏƏ vətəndaşları üçün İran, İraq və Livana bütün səyahətlərin qadağan olunduğunu elan edir. Hazırda bu ölkələrdə olan bütün BƏƏ vətəndaşlarına mümkün qədər tez vətənə qayıtmaları tövsiyə olunur", - nazirliyin mətbuat açıqlamasında bildirilir.
BƏƏ Xarici İşlər Nazirliyi bu qərarın səbəblərini açıqlamayıb.