Yük gəmisi Somalinin Qarakad şəhərindən altı dəniz mili şimal-şərqdə qaçırılıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə Kral Dəniz Qüvvələrinin Dəniz Ticarət Koordinasiya Mərkəzi (UKMTO) məlumat verib.
Bildirilib ki, UKMTO Somalinin Qarakad şəhərindən altı dəniz mili şimal-şərqdə baş verən hadisə barədə məlumat alıb.
Naməlum şəxslərin yük gəmisini qaçırdığı və Somali ərazi sularına doğru getdiyi deyilir.