Bakıda 16 yaşlı yeniyetməni avtomobil vuraraq öldürüb.
Ucnoqta.az xəbər verir ki, Murad Müslüm oğlu Abaszadə idarə etdiyi avtomobillə Yasamal rayonu, Şərifzadə küçəsi ilə hərəkətdə olan zaman yolu keçən piyada – 2010-cu il təvəllüdlü Emil Kamil oğlu Əliyevi vurub.
Piyada aldığı xəsarətdən hadisə yerində ölüb.
Faktla bağlı cinayət işi başlanılıb.