Cəlilabadda Zopun kəndi ərazisində “Vaz 2106” və “Lada” markalı minik avtomobilləri toqquşub. Qəza nəticəsində buraxılış imtahanından qayıdan şagirdlər qəzaya düşüb.
Ucnoqta.az xəbər verir ki, qəza nəticəsində 2002-ci il təvəllüdlü Hüseyn Zeynalov, 2002-ci il təvəllüdlü Samir Seyfullayev, 1977-ci il təvəllüdlü Zaur Tahirov, 1999- cu il təvəllüdlü Yusif Nəzərov və 2012-ci il təvəllüdlü Həzrətəli Tahirov xəsarət alıblar.///Apa