İndoneziya sahillərində 5,5 bal gücündə zəlzələ qeydə alınıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat verib.
Mərkəzdən verilən məlumata görə, zəlzələnin episentri 77 km dərinlikdə yerləşib.
Tələfat və ya dağıntı barədə məlumat verilməyib. Sunami təhlükəsi elan edilməyib.