Elektronika mağazasından oğurluq edilib

14:01 - 20 Aprel 2026 - HADİSƏ

Paytaxtın Yasamal rayonu ərazisində yerləşən elektronika mağazalarının birindən oğurluq edilib.

Naməlum şəxslər gecə saatlarında obyektə daxil olaraq oradan müxtəlif elektron cihazlar və pul vəsaiti oğurlayıblar.

Polis əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində əməli törətməkdə şübhəli bilinən V.Salmanov və V.Nəsirov saxlanılıblar. 

Onların mağazadan 243 manat nağd pul, 1500 manat dəyərində noutbuk və 2 ədəd mobil telefon götürərək hadisə yerindən uzaqlaşdıqları məlum olub.

Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti