ICE-də Brent markalı xam neftin qiyməti 11 martdan bəri ilk dəfə bir barel üçün 87 dollardan aşağı düşüb.
Ucnoqta.az xəbər verir ki, ticarət məlumatlarına görə, Londonun ICE-də 2026-cı ilin iyun ayında çatdırılma üçün Brent markalı xam neftin fyuçerslərinin qiyməti 11 mart 2026-cı ildən bəri ilk dəfə bir barel üçün 87 dollardan aşağı düşüb.
Məlumata görə, Brent markalı xam neftin qiyməti 13,38% azalaraq bir barel üçün 86,09 dollara düşüb.
Bu arada, 2026-cı ilin iyun ayında çatdırılma üçün WTI markalı xam neftin fyuçerslərinin qiyməti 13,38% azalaraq bir barel üçün 78,97 dollara düşüb.