"Drujba" boru kəməri ilə Rusiya neftinin tədarükü Macarıstan üçün son dərəcə vacibdir və Budapeşt ümid edir ki, Ukrayna aprelin sonunda vəd etdiyi kimi fəaliyyətini bərpa edəcək.
Ucnoqta.az xəbər verir ki, bu barədə parlament seçkilərində qalib gələn Macarıstan "Tisza" Partiyasının lideri Peter Magyar bildirib.
"Bu, çox vacibdir və Macarıstan indi sadəcə bundan imtina edə bilməz. Əgər bunu indi etmək istəsəydi, coğrafi baxımdan bu, tamamilə mümkün olmazdı. Rusiya yerində qalacaq, Macarıstan da", - deyə o, Kossuth Radiosunda çıxışı zamanı "Drujba" boru kəməri ilə təchizat barədə bildirib.