"Qarabağ"ın Azərbaycan Kubokunun yarımfinal turu çərçivəsində “Sabah” ilə keçiriləcək oyunda komandanıı dəstəkləmək istəyən xanım azarkeşlər üçün giriş tamamilə pulsuzdur.
Ucnoqta.az xəbər verir ki, bu barədə "Qarabağ" klubundan məlumat verilib.
Bildirilib ki, Premyer Liqanın XXVIII turu çərçivəsində “Sabah” ilə keçiriləcək ev oyununda komandamızı dəstəkləmək istəyən xanım azarkeşlərimiz üçün giriş tamamilə pulsuzdur.
Xanımların biletlərini mütləq şəkildə oyun günü kassalardan əldə etmələri vacibdir.
Stadiona biletsiz giriş mümkün deyil.
Tofiq Bəhramov adına Respublika Stadionu
18.04.2026
19:30