ABŞ İran limanlarını tam blokadaya aldı

09:46 - 15 Aprel 2026 - İQTİSADİYYAT

ABŞ İran limanlarının blokadasını tam şəkildə həyata keçirib və İslam Respublikası iqtisadiyyatının təxminən 90%-ni təşkil edən beynəlxalq dəniz ticarəti "tamamilə" pozulub.

Ucnoqta.az xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) məlumat verib.

"İran limanlarının blokadası tam şəkildə həyata keçirilib. ABŞ qüvvələri İrana və İrandan dəniz ticarətini tamamilə dayandırıb", - deyə CENTCOM komandiri Bred Kuper bildirib.

Komandanlığın məlumatına görə, ilk 24 saat ərzində heç bir gəmi ABŞ blokadasını poza bilməyib. Əlavə olaraq, altı ticarət gəmisinə Oman körfəzindəki İran limanına qayıtmaq əmri verilib.

Xəbər xətti