İran ABŞ ilə danışıqlara hazırdır, amma "qanun çərçivəsində".
Ucnoqta.az xəbər verir ki, İran prezidenti Məsud Pezeşkian bunu fransalı həmkarı Emmanuel Makronla telefon danışığı zamanı bildirib.
"İran İslam Respublikası diplomatiyanı mübahisələrin həlli üçün ən üstün vasitə hesab edir və milli ləyaqətini və nüfuzunu qoruyub saxlayaraq, qanun çərçivəsində danışıqlara hazır olduğunu bəyan edir" - Pezeşkian özünün Telegram kanalında bildirib.