İsrail Livanda Hizbullah hədəflərinə qarşı hücumları dayanmadan davam etdirmək niyyətindədir.
Ucnoqta.az xəbər verir ki, bu barədə İsrail Ordusunun (İOQ) Baş Qərargah rəisi general-leytenant Eyal Zamir bildirib.
O, Livandakı əməliyyatdan bəri "Hizbullah" hədəflərinə qarşı ən güclü hava hücumlarından sonra keçirilən brifinqdən sonra bildirib.
"Biz terror təşkilatı Hizbullaha zərbə endirməyə davam edəcəyik və hər fürsətdən istifadə edəcəyik. Şimal sakinlərinin təhlükəsizliyindən güzəştə getməyəcəyik. Dayanmadan hücum etməyə davam edəcəyik".