14 yaşlı uşağın qarnından 3,5 kq-lıq kista çıktı

14:54 - 7 Aprel 2026 - MARAQLI

Boluda arıqlamaq üçün xəstəxanaya gedən 14 yaşlı oğlanın qarnından 3,5 kiloqramlıq kista çıxarılıb.

Ucnoqta.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Boluda xəstəxanaya artıq çəkisindən qurtulmaq üçün müraciət edən lisey şagirdi B.Ö.-nin (14) qarın boşluğunda 30 santimetr enində və 3,5 kiloqramlıq kista aşkar edilib. Kista cərrahi yolla çıxarılıb. Lisey şagirdi B.Ö. artıq çəkisindən qurtulmaq üçün xəstəxanaya müraciət edib.

Həkimlər tərəfindən aparılan müayinələr zamanı ultrasəs müayinəsi zamanı B.Ö.-nin qarın boşluğunda böyük bir kista aşkar edilib. 
30 santimetr enində və 3,5 kiloqramlıq kista uğurla çıxarılıb. B.Ö. 3 günlük müalicədən sonra evə buraxılıb.

Xəbər xətti