Göygöldə bitişik 4 ev yandı

11:17 - 7 Aprel 2026 - ÖLKƏ İÇİ

Göygöl rayonunda yanğın hadisəsi baş verib.

Ucnoqta.az xəbər verir ki, hadisə bu gün saat 02:25-də M.Ə.Rəsulzadə küçəsi ev 23-də qeydə alınıb.

Belə ki, 1953-cü il təvəllüdlü Zeynəb Məhəmməd qızı Kazımova, 1950-ci il təvəllüdlü Svetlana Bəşir qızı Məmmədova və 1977-ci il təvəllüdlü Laləzar Səhrəddin qızı İmanovaya məxsus ümumi sahəsi 840 kvadratmetr olan evlərdə qəfil yanğın baş verib.
Hadisə nəticəsində Svetlana Məmmədova 1-ci dərəcəli yanıq xəsarəti alıb.

Qeyd edək ki, sözügedən tikililər alman memarlıq üslubunda, bir-birinə bitişik olmaqla, bir həyətdə bir neçə ailənin yaşadığı evlərdən ibarətdir.

Xəbər xətti