Nigeriya Ordusu girov götürülmüş 31 nəfəri azad edib

23:04 - 5 Aprel 2026 - DÜNYA

Nigeriya Ordusu Kaduna ştatında Pasxa ayinləri zamanı kilsədə terrorçular tərəfindən girov götürülmüş 31 mülki şəxsi azad edib.

Ucnoqta.az xəbər verir ki, bu barədə ordunun rəsmi X-də hesabında dərc olunmuş açıqlamada bildirilib.

İbadət edənlər Kaçia rayonunun Ariko kəndindəki kilsədə girov götürülüblər. Hücum edənlər tərəfindən beş nəfər öldürülüb.

Hərbçilər hücum edənləri təqib edirlər.

Xəbər xətti