Nigeriya Ordusu Kaduna ştatında Pasxa ayinləri zamanı kilsədə terrorçular tərəfindən girov götürülmüş 31 mülki şəxsi azad edib.
Ucnoqta.az xəbər verir ki, bu barədə ordunun rəsmi X-də hesabında dərc olunmuş açıqlamada bildirilib.
İbadət edənlər Kaçia rayonunun Ariko kəndindəki kilsədə girov götürülüblər. Hücum edənlər tərəfindən beş nəfər öldürülüb.
Hərbçilər hücum edənləri təqib edirlər.