UEFA-nın Azərbaycan klublarına ayırdığı məbləğ açıqlanıb

10:46 - 3 Aprel 2026 - İDMAN

Azərbaycanın futbol klublarına 2025-ci ildə UEFA tərəfindən ayrılan maliyyə vəsaiti bəlli olub.

Ucnoqta.az xəbər verir ki, bu barədə AFFA-nın hesabatında bildirilib.

Ən çox vəsait "Qarabağ" klubuna verilib. Ağdam təmsilçisi Avropa futbol qurumundan 61 milyon 123 min 325 manat alıb.

"Sabah"a 3 milyon 27 min 845 manat, "Araz-Naxçıvan"a 2 milyon 480 min 415 manat, "Zirə"yə 2 milyon 70 min 729 manat, "Neftçi"yə 1 milyon 23 min 94 manat, "Sumqayıt"a 833 min 496 manat, "Səbail"ə 706 min 895 manat, "Turan Tovuz"a 706 min 895 manat, "Kəpəz"ə 706 min 895 manat, "Qəbələ"yə 427 min 340 manat, "Şamaxı"ya 279 min 555 manat çatıb.

Xəbər xətti