Azərbaycanda bəzi ailələrə mənzillər veriləcək

22:22 - 31 Mart 2026 - Cəmiyyət

Saatlı rayonunda əlilliyi müəyyən olunmuş şəxslər və şəhid ailələri üçün yeni mənzillərin verilməsi planlaşdırılır.

Ucnoqta.az xəbər verir ki, bununla bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Sosial Xidmətlər Agentliyi hazırlıq işlərinə başlayıb.

Layihə çərçivəsində 18 ədəd üçotaqlı və 27 ədəd ikiotaqlı olmaqla ümumilikdə 45 mənzilin təqdim edilməsi nəzərdə tutulur.

Mənzillərin alqı-satqısı üçün təxminən dörd milyon manata yaxın vəsaitin sərf olunacağı proqnozlaşdırılır.

///İqtisadiyyat

Xəbər xətti