AFFA "Sabah" və "Qarabağ"ı cərimələdi

17:02 - 11 Mart 2026 - İDMAN

AFFA "Sabah" və "Qarabağ" klublarını cərimələyib.

Ucnoqta.az xəbər verir ki, müvafiq qərar AFFA-nın İntizam Komitəsinin son iclasında qəbul olunub.

Qeyd olunur ki, Misli Premyer Liqasının XXII turu çərçivəsində baş tutan "Qarabağ"la gərgin qarşılaşmada rəqibin ehtiyat skamyasına qarşı qeyri-etik jest nümayiş etdirən "Sabah"ın məşqçisi Valerio Zuddas yeddi oyunluq diskvalifikasiya edilib. Həmçinin onun hərəkətinə görə "Sabah" klubu 15 000 manat məbləğində cərimə ödəməli olacaq.

Bundan başqa, oyun zamanı yaranmış kütləvi davada iştirak etdikləri üçün "Qarabağ"ın məşqçiləri Müşfiq Hüseynov və Zaur Tağızadə də cəzalandırılıblar. Onların hər ikisinə altı oyun meydana çıxmaq qadağan olunub və Ağdam klubu onların hər birinə görə 6 min manat olmaqla, ümumilikdə 12 min manat cərimələnib.

Xəbər xətti