Sabah Quba şəhəri və 33 yaşayış məntəqəsində qaz olmayacaq.
Ucnoqta.az xəbər verir ki, Quba rayonu Qəçrəş ölçü qovşağında baypas xətti üzərində diametrli 159 mm-lik fləns birləşməsinin quraşdırılması ilə əlaqədar olaraq 11.03.2026-ci il tarixdə saat 10:00-dan işlər yekünlaşanadək Quba QPS-dən qidalanan Qəçrəş ölçü qovşağndan qaz təchizatının dayandırılması planlaşdırılıb.
Qaz təchizatı dayandırılan müddətdə Quba şəhəri və 33 yaşayış məntəqəsi olmaqla ümumilikdə 18520 abonentin qaz təchizatında fasilə yaranacaq.