Tramp İrana qarşı hərbi əməliyyata başlandığını elan etdi

11:29 - 28 Fevral 2026 - DÜNYA

ABŞ ordusu İrana qarşı hərbi əməliyyata başlayıb.

Ucnoqta.az xəbər verir ki, ABŞ prezidenti Donald Tramp bildirib.
Trampın sözlərinə görə, İrana qarşı əməliyyat onun nüvə və raket proqramlarına qarşı yönəlib. Onun sözlərinə görə, İranın hərəkətləri ABŞ, Amerika qoşunları və xaricdəki hərbi bazaları üçün birbaşa təhlükə yaradırdı.

Qeyd edək ki, indiyə qədər prezident iqamətgahı, İslam İnqilabı Keşikçiləri Korpusunun kəşfiyyat qərargahı və Tehran Hava Limanı da daxil olmaqla təxminən 30 hədəfə hücum edilib. İranın paytaxtı Tehranın şərq və qərb hissələrində mobil telefon xətləri kəsilib və bəzi ərazilərdə internet xidməti zəifləyib.

Xəbər xətti