Vitse-spiker Milli Məclisin adının dəyişdirilməsini təklif etdi

13:12 - 27 Fevral 2026 - Cəmiyyət

Vitse-spiker Rafael Hüseynov Milli Məclisin adInın dəyişdirilib “Millət Məclisi” olmasını təklif edib.

APA xəbər verir ki, belə təkliflə Rafael Hüseynov parlamentin bu gün keçirilən plenar iclasında çıxış edib.

“Azərbaycan dilinin qrammatik normalarına görə, əslində “mədəni sənaye” yox, “mədəniyyət sənayesi, “mədəni yaradıcılıq” deyil, “mədəniyyət yaradıcılığı” olmalıdır. Bundan başqa, əslində “Milli Məclis” yox, “Millət Məclisi” olmalıdır. Türkiyədə də belədir. Biz “millət vəkili” deyirik, “milli vəkil” yox”, - deyə vitse-spiker bildirib

Xəbər xətti