Keçmiş jurnalist və Versal Sarayı kompleksinin keçmiş rəhbəri Ketrin Peqard Fransanın yeni mədəniyyət naziri təyin olunacaq.
Ucnoqta.az xəbər verir ki, bu barədə RTL radiostansiyası məlumat verib.
O, 25 fevralda rəsmi olaraq istefa verən Raçida Datini əvəz edəcək.
Peqard 1970-ci illərdən bəri siyasi jurnalistika sahəsində çalışır və jurnalist karyerasının ən uzun dövrü (1982-2007) Le Point jurnalında keçib.
2007-ci ildə, Nikola Sarkozinin prezidentliyinin ilk günlərində (2007-2012), o, siyasi məsləhət qrupunun üzvü kimi Yelisey Sarayına keçib.
2011-ci ildə o, Versal Sarayının direktoru təyin edilib və 2022-ci ilə qədər bu vəzifədə çalışıb.