Erməni əsgər güllələnərək qətlə yetirildi

22:09 - 26 Fevral 2026 - Xəbər

Bu gün Ermənistan Müdafiə Nazirliyinin Geğarkunik bölgəsindəki döyüş məntəqələrindən birində odlu silahla qətl hadisəsi baş verib.

Ucnoqta.az erməni mətbuatına istinadən xəbər verir ki, fotojurnalist Qaqik Şamşyanın sözlərinə görə, hərbi polisə bir əsgərin atəş nəticəsində öldürülməsi barədə məlumat daxil olub. 

Ölən şəxsin Abovyan sakini 19 yaşlı Narek Hakobyan olduğu müəyyən edilib.

Şübhəli atıcı müəyyən edilib və saxlanılıb.

Xəbər xətti