Epsteyn işində Hokinqlə birlikdə fotolardakı qadınların kimliyi bəlli olub - The Sun

07:58 - 26 Fevral 2026 - DÜNYA

ABŞ Ədliyyə Nazirliyi tərəfindən pedofiliyada ittiham olunan amerikalı maliyyəçi Ceffri Epsteyn haqqında dərc edilmiş sənədlərdə alim Stiven Hokinqlə birlikdə çəkilmiş fotoşəkildəki qadınlar onun tibbi bacıları olub.

Ucnoqta.az xəbər verir ki, Hokinqin ailəsinin üzvü "The Sun"a bildirib.

O əlavə edib ki, qadınlar alimin Böyük Britaniyadan olan baxıcılar idi və onlar Hokinqin gecə-gündüz tibbi yardımdan asılı olduğu üçün uzun müddət ona qulluq ediblər.

Şəklin 2006-cı ildə Müqəddəs Tomas küçəsindəki Ritz-Carlton otelində elmi konfransdakı təqdimatdan sonra çəkildiyi iddia edilir.

Qəzet qeyd edir ki, Epsteyn dosyesində Hokinqin adı çəkilməsi alimin heç bir qanun pozuntusu demək deyil.

Xəbər xətti