İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi (İKTA) ölkədə genişzolaqlı internet sürətinin artırılması ilə bağlı təklif verib.
Bunu “A-dan Z-yə internet: Media üçün praktik təlim”də İKTA-nın idarə heyətinin sədri Nail Mərdanov deyib.
O qeyd edib ki, bu normativ sənəd təsdiqlənmə mərhələsindədir:
“Provayderlərin xidmət keyfiyyətləri göstəricilərinin sərtləşdirilməsi haqqında da düşünürük. Amma minimum intennet sürətinə müəyyən hədd qoyulandan sonra bütün provayderlər məcbur olacaqlar ki, bu xidməti təmin etsinlər”.///APA.Economics