Vuçiçə sui-qəsd hazırlayan iki nəfər həbs olunub

08:01 - 24 Fevral 2026 - DÜNYA

Serbiya hüquq-mühafizə orqanları Prezident Aleksandr Vuçiçə qarşı sui-qəsd cəhdi hazırlamaqda şübhəli bilinən iki şəxsi saxlayıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin açıqlamasında deyilir.

Qeyd olunub ki, D.R. (1975-ci il təvəllüdlü) və M.R. (1983-cü il təvəllüdlü)  Serbiya Respublikasının konstitusiya quruluşunu zorakılıqla dəyişdirmək və silah əldə etməklə ən yüksək dövlət orqanlarını devirmək üçün sui-qəsddə şübhəli bilinirlər və Serbiya Respublikasının Prezidentinə, onun həyat yoldaşına və uşaqlarına, eləcə də Daxili İşlər Nazirliyinin əməkdaşlarına sui-qəsd cəhdi edirlər.

Serbiya prezidentinə qarşı sui-qəsd cəhdində şübhəli bilinənlər həbs qətimkan tədbiri seçilib. Cinayət işi Kralyevodakı Ali Prokurorluğa təhvil veriləcək.

Xəbər xətti