İrana casusluqda şübhəli bilinən İsrail vətəndaşı həbs olundu

12:05 - 16 Fevral 2026 - DÜNYA

İsrail təhlükəsizlik qüvvələri İran kəşfiyyatında işləməkdə şübhəli bilinən bir İsrail vətəndaşını həbs edib və dindirib.

Ucnoqta.az xəbər evrir ki, bu abrədə polisin mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, polis və Baş Təhlükəsizlik Xidmətinin keçirilən birgə əməliyyat çərçivəsində Fares Əbu əl-Hiccə həbs edilib və dindirilib.

Dindirmə zamanı şübhəlinin xarici agentlə əlaqə saxladığı, onun İran kəşfiyyatı ilə əlaqəli olduğuna inandığı və İsrail Dövlətinin təhlükəsizliyinə zərər vurmaq məqsədi ilə kəşfiyyat məlumatı toplamaq da daxil olmaqla müxtəlif tapşırıqlar üçün ondan ödəniş aldığı məlum olub. Xarici agentin İran kəşfiyyatı ilə əlaqəli olduğu müəyyən edilib.

Mətbuat xidməti əlavə edib ki, araşdırmadan sonra ona 16 fevralda ittiham irəli sürülüb.

Xəbər xətti