İsrail Qəzza Sülh Şurasına qoşulub

20:25 - 11 Fevral 2026 - DÜNYA

İsrail Baş naziri Binyamin Netanyahu müharibədən sonrakı Qəzza zolağını idarə etmək üçün yaradılan Sülh Şurasına rəsmi olaraq qoşulub.

Ucnoqta.az xəbər verir ki, bu barədə İsrail Baş Nazirinin Ofisi məlumat verib.

Ofis qeyd edib ki, Netanyahu Sülh Şurasına qoşulmaq üçün sənədi Vaşinqtonda ABŞ Dövlət Katibi Marko Rubionun iştirakı ilə imzalayıb. İmzalanma Baş nazirin ABŞ Prezidenti Donald Trampla görüşündən əvvəl baş tutub.

Xəbər xətti