Qazaxıstan yeni konstitusiyasının mətnini dərc edib.
Ucnoqta.az xəbər evrir ki, Qazaxıstanın yeni konstitusiyasının yekun mətni vətəndaşların oxuması üçün rəsmi qəzet olan "Kazakhstanskaya Pravda"da dərc edilib.
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin əvvəllər imzaladığı fərmana əsasən, referendum martın 15-də keçiriləcək. Səsvermə bülletenində bir sual olacaq:
"Layihəsi 12 fevral 2026-cı ildə mediada dərc olunmuş Qazaxıstan Respublikasının yeni Konstitusiyasını qəbul edirsinizmi?"
Qəbul edilərsə, 1 iyulda qüvvəyə minəcək.