Bu marşrut avtobusu yeniləndi

18:24 - 10 Fevral 2026 - AVTO

206 nömrəli şəhərətrafı müntəzəm marşrut xəttinə müasir və komfortlu avtobuslar cəlb edilib.

Ucnoqta.az xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.

Bildirilib ki, marşrut üzrə keçirilən müsabiqədə qalib gələn "Xaliq Faiqoğlu" MMC avtobuslarla xəttin istismarını fevralın 12-dən həyata keçirəcək.

Metronun “Elmlər Akademiyası” stansiyasını Lökbatan qəsəbəsi ilə əlaqələndirən 206 nömrəli marşrut üzrə 10 müasir avtobus 12 dəqiqə hərəkət intervalı ilə sərnişinlərin xidmətində olacaq.

Avtobuslarda ödənişlər nağdsız qaydada həyata keçiriləcək. Gedişhaqqı 0,60 AZN müəyyən edilib.

Xəbər xətti